Latviyada fövqəladə vəziyyət rejimi müddətində ailə münaqişələrinin sayı artıb
Riqa, 4 may, AZƏRTAC
Koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan fövqəladə vəziyyət rejimi müddətində latviyalılar ailə münaqişələri ilə bağlı polisə daha çox müraciət edirlər. Latviyada fövqəladə vəziyyət rejimi müddətində ailə münaqişələri ilə bağlı polisə şikayətlərin sayı 37 faiz artıb.
AZƏRTAC ölkənin “LETA” informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatı Dövlət Polis İdarəsi yayıb.
Məlumatda bildirilib ki, ötən il martın 13-dən 23-dək ölkədə ailə münaqişələri ilə bağlı polisə 922 və ya günə orta hesabla 22 zəng daxil olmuşdusa, bu il həmin müddət ərzində ailə münaqişələri ilə bağlı 1445 və ya gündə orta hesabla 35 zəng qeydə alınıb.
Eyni zamanda, polisin evə gələrək aqressiv əri və ya arvadı həbs etmək hallarının sayı azalıb. Ötən il qeyd olunan dövrdə polis 94, bu il fövqəladə vəziyyət rejimi müddətində isə 60 belə qərar qəbul edib.
Qeyd edək ki, Latviya hökuməti COVID-19 virusunun yayılması ilə əlaqədar martın 12-də axşamdan etibarən fövqəladə vəziyyət rejimi elan edib. Fövqəladə vəziyyət rejiminin əvvəlcə aprelin 14-ə kimi nəzərdə tutulsa da, sonradan mayın 12-dək uzadılmasına qərar verilib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.10.2026 [17:02]
Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO
- 11.10.2026 [16:33]
Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub
- 11.10.2026 [16:19]
Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək
- 11.10.2026 [15:51]
Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb
- 11.10.2026 [15:36]
İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir
- 11.10.2026 [14:11]
Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb
- 11.10.2026 [11:16]
Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO
- 11.10.2026 [08:23]
Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb
- 10.10.2026 [23:58]
Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var
- 10.10.2026 [23:01]
Bakıda beynəlxalq tanqo marafonu davam edir
- 10.10.2026 [22:34]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [21:32]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [21:28]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:49]
Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq
- 10.10.2026 [20:45]
Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir
- 10.10.2026 [20:18]
Bu saata olan əsas xəbərlər
- 10.10.2026 [20:00]
Ankara Universitetinin rektoru TAU-da olub
- 10.10.2026 [19:51]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:28]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [19:05]
Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb
- 10.10.2026 [18:53]
Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb
- 10.10.2026 [18:46]
“GastroFest 2026” festivalı yekunlaşıb
- 10.10.2026 [18:40]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [18:35]
Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır
- 10.10.2026 [17:48]
Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR
- 10.10.2026 [17:30]
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib
- 10.10.2026 [17:15]
Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib
- 10.10.2026 [17:03]
BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib
- 10.10.2026 [16:26]
Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib
- 10.10.2026 [16:18]