Latviyada “Kölgələr günü” keçirilir
Bakı, 13 fevral, AZƏRTAC
Bu gün Latviyanın hər yerində “Kölgələr günü” - illik karyera proqramı təşkil olunacaq. Layihə çərçivəsində məktəblilər təşkilat və müəssisələrə gedəcək, onları maraqlandıran peşələr haqqında daha çox məlumat toplayacaqlar.
AZƏRTAC Latviyanın LETA Agentliyinə istinadla xəbər verir ki, “Kölgələr günü”ndə məktəblilər uğurlu karyera qurmaqdan ötrü hər bir mütəxəssis üçün zəruri bilik və bacarıqlarla tanış ola biləcəklər.
Ötən il “Kölgələr günü”ndə iştirak edən 1542 işəgötürən məktəblilərə 8044 mütəxəssisin “kölgəsi” olmağı təklif ediblər. Şagirdlərdən qəbul edilən müraciətlərin sayı isə 49 min təşkil edib. Proqramçı, həkim, radio diktoru, bort baxıcısı kimi peşələrə məktəblilər arasında daha çox tələbat olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [23:24]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]