Latviyada koronavirusa yoluxanların sayı 655 nəfər olub
Riqa, 14 aprel, AZƏRTAC
Latviyada son sutka ərzində koronavirusa yoluxanların sayı 4 nəfər artaraq 655-ə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Latviyanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 28 min 776 nəfər müayinə olunub.
Nazirliyin məlumatına əsasən, son sutka ərzində koronavirusla bağlı 562 nəfərdən götürülən analizin 4-nün nəticəsi müsbət çıxıb. Virusa yeni yoluxma hallarının artacağı istisna edilmir.
Qeyd edək ki, indiyədək bu ölkədə koronavirusdan 5 ölüm faktı qeydə alınıb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:06]
Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır
- 13.10.2026 [12:52]
Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib
- 13.10.2026 [12:47]
Dünyada bütöv bir saat naminə “uzun saniyə” meyarından imtina edilə bilər
- 13.10.2026 [12:07]
Beynəlxalq Valyuta Fondu: Bu il qlobal iqtisadi artım cəmi 3,1 faiz olacaq
- 13.10.2026 [12:02]