“Leica” fotoaparatı hərracda dünya rekordu qırıb
Vyana, 11 mart, AZƏRTAC
Martın 10-da Vyanada keçirilən hərracda satışa çıxarılan “Leica” markalı fotoaparat dünyada indiyədək satılmış ən bahalı fotoaparat kimi tarixə düşüb.
AZƏRTAC xəbər verir ki, “Westlicht” qalereyasının təşkil etdiyi hərracda 1923-cü ilin istehsalı olan fotoaparat 2,4 milyon avroya satılıb. “Leica” şirkətinin sıfırıncı seriyasında 122-ci saylı həmin nadir aparatı Asiya ölkələrinin birindən adı gizli saxlanan bir kolleksioner alıb. Hərracda ilkin çağırış qiyməti 400 min avro olan fotoaparatın orijinal şəkildə qalması, texniki cəhətdən qüsursuz işləməsi və hələ də foto çəkməyin mümkünlüyü yekun rekord qiymət üçün həlledici amillər olub. Qalareyanın yaydığı məlumata görə, dünyada bu fotoaparatın sıfırıncı seriyasının orijinal vəziyyətdə qalan cəmi üç nüsxəsi mövcuddur. Qeyri-rəsmi olaraq “Leica 0” adlanan bu seriyadan olan başqa bir aparat (116 saylı nüsxə) isə 2012-ci ildə həmin hərracda 2,16 milyon avroya satılmışdı.
Qeyd edək ki, “Leica” fotoaparatlarını istehsal edən Layts firması 1923-cü ildə kiçik formatlı yığcam fotoaparatların dünya bazarında necə qarşılanacağını yoxlamaq üçün sınaq məqsədilə 25 nüsxə “Leica 0” aparatı istehsal edib. Müvafiq bazar araşdırması və patent qeydiyyatından sonra 1925-ci ildə yığcam həcmli fotoaparatların kütləvi istehsalına start verildi. Bununla da fotoqrafiya tarixində yeni eranın əsası qoyulub, getdikcə qutu formalı aparatları yığcam fotoaparatlar əvəz etməyə başlayıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:15]
Donald Tramp: İnflyasiyanı bəyənirəm
- 11.06.2026 [11:07]
Media: Hicaz dəmir yolu Hörmüz boğazına alternativ olacaq
- 11.06.2026 [11:01]
BMT: Son on ildə ilk dəfə məcburi köçkünlüyün miqyası azalıb
- 11.06.2026 [11:00]
Krasnodar hava limanında 34 reys təxirə salınıb
- 11.06.2026 [10:56]
SEPAH Yaxın Şərqdəki bəzi hədəflərə zərbə endirdiyini açıqlayıb
- 11.06.2026 [10:53]
SEPAH Hörmüz boğazından keçən iki gəmini vurub
- 11.06.2026 [10:36]
Uqandada Ebola təhlükəsi azalır: yeni yoluxma qeydə alınmayıb
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]