LƏNKƏRAN DÖVLƏT DRAM TEATRI TÜRKİYƏDƏ KEÇİRİLƏCƏK BEYNƏLXALQ TEATR FESTİVALINDA ÖLKƏMİZİ TƏMSİL EDƏCƏKDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı aprelin 16-26-da Türkiyənin Konya şəhərində keçiriləcək beynəlxalq teatr festivalında ölkəmizi təmsil edəcəkdir.
Teatrın kollektivi festivalda əməkdar incəsənət xadimi Baba Rzayevin «Dədə Qorqud» dastanının motivləri əsasında səhnələşdirdiyi «Məhəbbət və ölüm» tamaşasını nümayiş etdirəcəkdir.
Tamaşada rolları xalq artisti Qabil Quliyev, əməkdar artist Təvəkkül Əlşiyev, aktyorlar Aynur Əhmədova, Miraslan Ağayev və başqaları ifa edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]
Tellərdən süzülən duyğular - qanun ifaçısı Aysu Sadıqova ilə söhbət
- 08.06.2026 [13:41]
Bülbülün Memorial Muzeyində Mikayıl Müşfiqin xatirəsi anılıb
- 08.06.2026 [12:54]
İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb
- 08.06.2026 [11:46]