Lənkəran sakinlərinin qaz təchizatına dair müraciətləri qeydə alınıb
Bakı, 23 noyabr, AZƏRTAC
Burada bütün fikirlərinizi sərbəst şəkildə ifadə edə bilərsiniz. Sizi əmin edirəm ki, səsləndirdiyiniz hər bir müraciət və təklif Birlik rəhbərliyinə çatdırılacaq.
“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, bu sözləri səyyar qəbul otağında Lənkəran Regional Qaz İstismar İdarəsinin rəisi Namiq Məmmədov səsləndirib. Birliyin məsul şəxsləri tərəfindən mikrofon önünə keçən vətəndaşların müraciətləri dinlənilib.
Digah kəndindən müraciət edən vətəndaşlar kəndin genişlənən hissəsinə qazın verilişinin təmin olunmasını xahiş ediblər. Lənkəran şəhər sakinləri, həmçinin Göyşaban kənd sakini və Tükəvilə kənd sakini mənzillərindəki sonradan ödənişli (mexaniki tipli) qaz sağaclarının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz olunmasını istəyiblər.
Aksiyada Liman şəhəri, Osaküçə və Şiləvar kəndindən olan sakinlər isə məhəllədaxili qaz xətlərinin çəkilməsi, mövcud qaz kəmərinin böyük diametrli xətlə əvəz olunması və qaz sayğacının quraşdırılması ilə bağlı müraciət ediblər.
Səsləndirilən müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün hər biri qeydiyyata alınıb.