CƏMİYYƏT
Lənkəran şəhər sakininə tüfənglə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakı, 12 iyul, AZƏRTAC
Lənkəran şəhər sakini F.Əlizadəyə tüfənglə xəsarət yetirməkdə şübhəli bilinən Q.Tahirov müəyyən edilərək saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə şəhər sakini F.Əlizadənin xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. F.Əlizadəyə xuliqanlıq zəminində tüfənglə xəsarət yetirməkdə şübhəli bilinən Lənkəran sakini Q.Tahirov polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb. Ondan “İJ-58” markalı ov tüfəngi götürülüb.
Faktla əlaqədar cinayət işi başlanıb.