LƏNKƏRANDA GƏNCLƏRLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Rayon gənclər və idman idarəsinin rəisi Azad Kazımov, Yeni Azərbaycan Partiyası Lənkəran şəhər təşkilatının gənclər birliyinin sədri İlkin Rəhimov və şəhər icra hakimiyyətinin başçısı Süleyman Mikayılov “Azərbaycan gəncliyi” Dövlət Proqramının icrası istiqamətində rayonda görülmüş işlərdən, gənclərin qazandıqları nailiyyətlərdən danışmış, onların üzləşdiyi problemlərlə bağlı həlli vacib olan məsələləri diqqətə çatdırmışlar.
Gənclər asudə vaxtlarının təşkili, yeni iş yerlərinin açılması məqsədi ilə təkliflərini bildirmişlər.