Lənkəranda keçirilən “Zəfər kuboku” Xəmsə Milli İntellektual Oyununun qalibləri müəyyənləşib
Lənkəran, 13 noyabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı və “Prestij-S” Tədris Mərkəzinin dəstəyi ilə Zəfər bayramına həsr olunmuş məktəblilər arasında “Zəfər kuboku” Xəmsə Milli İntellektual Oyunu başa çatıb.
Bilik yarışmasının final mərhələsində Lənkəran şəhər 5, 7, 8 və 10 nömrəli, Boladi kənd 1 nömrəli, Viravul kənd 2 nömrəli və Şilavar kənd tam orta məktəblərin komandaları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışın yekun nəticələrinə əsasən, Boladi kənd 1 nömrəli tam orta məktəbin komandası birinci, Lənkəran şəhər 10 nömrəli tam orta məktəbin komandası ikinci, şəhər 8 nömrəli tam orta məktəbin komandası üçüncü yerə layiq görülüb.
Qaliblərə diplom, medal və kubok təqdim olunub.