Lənkəranda özünü polis əməkdaşı kimi təqdim edərək vətəndaşdan pul tələb edən şəxs yaxalanıb
Bakı, 30 oktyabr, AZƏRTAC
Masallı rayon sakini olan bir nəfər Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət edərək aldadıldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Lənkəran şəhəri ərazisində olarkən ona yaxınlaşan bir şəxsin özünü polis əməkdaşı kimi təqdim edərək pul tələb etdiyini, əks halda karantin rejim qaydalarını pozduğuna görə ona cərimə yazacağını bildirib.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları özünü polis əməkdaşı kimi təqdim edərək vətəndaşdan pul tələb edən həmin şəxsi müəyyənləşdirərək saxlayıblar. Araşdırmalar nəticəsində onun Lənkəran şəhər sakini, əvvəllər məhkum edilmiş Elnur Əlizadə olduğu müəyyənləşib.
E.Əlizadənin bu kimi əməllərindən zərər çəkən digər şəxslər varsa, polisə müraciət etmələri xahiş olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]