Lənkəranda qarlı hava şəraitində hərəkətin təhlükəsizliyi təmin edilir
Lənkəran, 23 fevral, İlkin Adıyev, AZƏRTAC
Lənkəranda qarlı hava şəraiti ilə əlaqədar polis əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyi məqsədilə zəruri tədbirlər həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sürücü və piyadaların rahat hərəkətini və mənzil başına təhlükəsiz şəraitdə çatmasını təmin etmək məqsədilə Yol Patrul və Post Patrul Xidmətinin əməkdaşları tərəfindən fasiləsiz xidmət təmin edilir.
Vətəndaşlara lazımi kömək göstərilməsi və yaranan problemlərin aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.