LƏNKƏRANDA TİBB İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI MÜNASİBƏTİLƏ TOPLANTI KEÇİRİLMİŞDİR
Tədbir iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsi önünə əklillər və gül-çiçək dəstələri qoymuş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.
Toplantıda rayon mərkəzi xəstəxanasının baş həkimi İlyas Səmədov çıxış edərək Lənkəranda tibb və sağlamlıq ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlər barədə məlumat vermişdir.
Mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tibb işçilərindən bir qrupuna fəxri fərmanlar təqdim etmişdir.