Lerikdə 15 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO
Lerik, 21 sentyabr, AZƏRTAC
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, saxlanılan 30 yaşlı Murtuz Məmmədlidən, ümumilikdə, 15 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
Araşdırmalarla onun narkotik vasitələri xaricdə yaşayan narkotacirdən əldə etdiyi və maddi qazanc qarşılığında deyiləcək ünvanlara çatdırmağa sövdələşdiyi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.
Müxbir- İlkin Adıyev