LİTVA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ XANIM DALYA QRİBAUSKAYTEYƏ
Hörmətli xanım Prezident,
Litva Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət xadimi Algirdas Brazauskasın vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, mərhumun ailəsinə, bütün Litva xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 29 iyun 2010-cı il.