Litva sərhədini qanunsuz keçmək istəyən İraq vətəndaşları saxlanılıb
Vilnüs, 3 fevral, AZƏRTAC
Belarus-Litva dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İraq vətəndaşları saxlanılıb.
AZƏRTAC xəbər verir ki, fevralın 2-dən 3-nə keçən gecə 5 nəfər Belarusdan Litvaya qanunsuz olaraq keçməyə cəhd göstərib. Belarus sərhədçilərinin sayıqlığı nəticəsində İraq vətəndaşları olan şəxslər həbs ediliblər. Onlardan başqa, qanunsuz miqrasiyanı təşkil edən şəxslər də saxlanılıb.
İlin əvvəlindən Belarusdan Litva və Polşaya miqrantların qanunsuz keçirilməsi faktları çoxalıb. Yanvar ayı ərzində bu cəhdi göstərən Konqo, Nigeriya, Pakistan, İraq və Türkmənistan vətəndaşları saxlanılıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]