CƏMİYYƏT
Liv Bona Dea Hospitalda Vətən müharibəsi iştirakçıları və onların övladları üçün tədbir keçirilib
![](/files/galleryphoto/2022/3/1200x630/16643726593153417671_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16643726592865215623_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16643726595249459812_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16643726594566237562_1200x630.jpg)
Bakı, 28 sentyabr, AZƏRTAC
Vətən müharibəsinin ildönümü münasibətilə Liv Bona Dea Hospitalda Vətən müharibəsi iştirakçıları, şəhid ailələri və övladları üçün "Həkim uniformasının boyanması" adlı tədbir keçirilib. Tədbir çərçivəsində 100 uşağa ödənişsiz müayinə paketi hədiyyə edilib.
AZƏRTAC İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi instaqram səhifəsinə istinadla bildirir ki, Türkiyə və Azərbaycandan iş adamları, millət vəkilləri, müxtəlif dövlətlərin Azərbaycandakı səfirliklərinin təmsilçiləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova da qatılıb.
Tədbir iştirakçılarını salamlayan N.Bayramova, "Gələcəyimiz olan uşaqların sağlam cəmiyyətdə böyüməsi çox vacibdir", - deyib və bildirib ki, bu il ərzində uşaqlara dövlət tibb müəssisələrində 6 milyondan çox tibbi xidmət göstərilib.