Los-Ancelesdə təbii xəzdən geyim istehsalı və satışı qadağan olunacaq
Bakı, 13 fevral, AZƏRTAC
2021-ci ildən başlayaraq Kaliforniyanın Los-Anceles şəhərində təbii xəzdən bütün növ paltar və aksessuar istehsal etmək və satmaq qadağan olunacaq.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə qərar şəhər şurası tərəfindən qəbul edilib. Beləliklə, Los-Anceles ABŞ-ın heyvan xəzlərinin moda sənayesində istifadəsindən imtina edəcək ən iri şəhəri olacaq.
“Mən heyvanların mənasız yerə öldürülməsinin qarşısını almaq yolunda şəhərimizin atdığı addıma görə qürur hissi keçirirəm” - deyə şəhər şurasının üzvü Bob Blamenfild bildirib.
2014-cü ildə dünya üzrə xəz məmulatlarının pərakəndə satış bazarı 35,8 milyard dollar təşkil edib. Bununla yanaşı, bir sıra iri istehsalçılar yalnız təbii xəz və dəridən paltar, yaxud ayaqqabı istehsalı sahəsində ixtisaslaşıb. Bəzi məşhur dizaynerlər artıq öz kolleksiyalarında təbii xəzdən istifadə etməyəcəklərini elan ediblər. Onların arasında “Versace”, “Gucci”, “Michael Kors”, “Ralph Lauren”, “Tommy Hilfiger” və digər brendlər var. “Coach” kompaniyası isə 2019-cu ilin payız kolleksiyasından başlayaraq məhsul istehsalında yalnız süni xəzdən istifadə olunacağını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [23:24]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]