“LUKoyl” ŞİRKƏTİ VİTSE-PERZİDENTİNİN ATASI VƏHŞİCƏSİNƏ ÖLDÜRÜLMÜŞDÜR
Xəbər verdiyimiz kimi, dekabrın 2-də Rusiyanın “LUKoyl” neft şirkətinin vitse-prezidenti, əslən Gürcüstanın Dmanisi rayonundan olan Vahid Şərifovun atası, 79 yaşlı Sədi Şərifovun ailə üzvlərini bir dəstə silahlı quldur amansızcasına döymüş və ağsaqqalın özünü isə ona məxsus “Niva” markalı maşında naməlum istiqamətdə aparmışdır. Gürcüstan hüquq-mühafizə qurumlarının cinayətkarları tapıb Sədi kişini azad etmək səyləri istənilən nəticəni verməmişdir.
Gürcüstan DİN-də AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, dekabrın 12-də Sədi Şərifovun meyiti Bolnisi rayonundakı Akaurta kəndi yaxınlığında tapılmışdır. O, vəhşicəsinə qətlə yetirilmişdir. Daxili işlər naziri K.Narçemaşvili və Kvemo Kartli - Borçalı bölgəsinin qubernatoru Levan Mamaladze bundan xəbər tutan kimi hadisə yerinə getmiş və sonra da Dmanisi rayonunun Armudlu kəndinə gələrək Şərifovlar ailəsinə başsağlığı vermişlər.
Cinayətkarların yaxalanması üçün əməliyyat tədbirləri davam etdirilir.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Bolnisi-Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]
DİN: Yeddi evdən 5800 manat dəyərində avadanlıq oğurlayan şəxs tutulub
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]