LÜKSEMBURQDA TÜRKİYƏNİN AVROPA İTTİFAQINA DAXİL OLMASI HAQQINDA DANIŞIQLARIN BİRİNCİ MƏRHƏLƏSİ BAŞLANMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri Almaniya Mətbuat və İnformasiya İdarəsinin məlumatına istinadla xəbər verir ki, iyunun 12-də Luksemburqda Avropa İttifaqı və rəsmi Ankara arasında Türkiyənin Avropa İttifaqına daxil olması haqqında danışıqların birinci mərhələsi başlanmışdır. Danışıqlarda Avropa İttifaqının üzvü olan 25 dövlətin xarici işlər nazirləri və Türkiyənin xarici siyasət idarəsinin başçısı Abdullah Gülün rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir. Avropa İttifaqı tərəfindən danışıqların təmsilçisi Avropa Şurasının sədri, Avstriyanın xarici işlər naziri xanım Ursula Plassnik və digər ölkələrin xarici siyasət idarələri rəhbərlərinin Türkiyəni Avropa İttifaqına sabitlik və təhlükəsizlik gətirməyə qadir tərəfdaş bir ölkə kimi səciyyələndirmişlər.
Türkiyənin Kiprin müstəqilliyini tanımaması və onunla Gömrük İttifaqı daxilində tərəfdaşlıqdan imtina etməsinin onun Avropa İttifaqına tamhüquqlu üzv olması səyləri qarşısında başlıca risk və maneə olacağı xatırladılmışdır.
Türkiyənin xarici işlər naziri qətiyyətlə bəyan etmişdir ki, Türkiyə Kiprin müstəqilliyini tanımamış və heç vaxt tanımayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:06]
Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır
- 13.10.2026 [12:52]
Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib
- 13.10.2026 [12:47]
Dünyada bütöv bir saat naminə “uzun saniyə” meyarından imtina edilə bilər
- 13.10.2026 [12:07]
Beynəlxalq Valyuta Fondu: Bu il qlobal iqtisadi artım cəmi 3,1 faiz olacaq
- 13.10.2026 [12:02]