RƏSMİ XRONİKA
MACARISTAN RESPUBLİKASININ YENİ SEÇİLMİŞ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB PAL ŞMİTTƏ
Hörmətli cənab Şmitt,
Macarıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Biz Azərbaycan-Macarıstan əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. Əminəm ki, ölkələrimiz arasındakı dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Macarıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 1 iyul 2010-cu il.