Macarıstanda Afrika taunu ocağı aşkar edilib
Budapeşt, 9 may, AZƏRTAC
Daha iki ölkə Macarıstandan donuz idxalına qadağa qoyduğunu elan edib. AZƏRTAC xəbər verir ki, Macarıstan ərazisində donuzlarda Afrika taunu (ASF) ocağının yaranması barədə məlumatlara görə Belarus və Cənubi Afrika Respublikası bu ölkədən nə donuz əti, nə də diri donuzlar idxal etməyəcəklər.
Qeyd edək ki, Macarıstanın şimal bölgəsində bir qabanda Afrika taunu aşkar edilib. Bir sıra ölkələr, o cümlədən Serbiya, Yaponiya, Tayvan, Sinqapur və Koreya Respublikası Macarıstandan donuz və donuz məhsullarının idxalına qadağa qoyulduğunu elan ediblər. İndi Aİ-yə daxil olmayan daha iki ölkə həmin qadağaya qoşulub. Aprelin 26-dan başlayaraq Belarus, habelə Cənubi Afrika Respublikası.
ASF virusu yalnız Heveş qraflığında bir vəhşi qabanda aşkar edilsə də, qadağa Macarıstandan olan bütün ixraca şamil edilib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]