Macarıstanın Dyöndyöş şəhərinin meri Laslo Faraqodan
Hörmətli cənab Prezident,
İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizi şəxsən öz adımdan və Dyöndyöş şəhərinin sakinləri adından təbrik edim.
Azərbaycan ötən on ildə Sizin rəhbərliyinizlə dinamik inkişaf yolu keçmiş, iqtisadiyyat və xarici siyasət sahələrində böyük uğurlar qazanmış, həm öz regionunda, həm də beynəlxalq aləmdə münasibətlərin möhkəmlənməsinə sanballı töhfələr vermişdir. Beləliklə, həmin proseslərin bundan sonra da uğurlu inkişafının təməli qoyulmuşdur.
Hörmətli cənab Prezident, bu ilin may ayında bizim Dyöndyöş şəhəri Azərbaycanın hazırda Ermənistanın işğalı altında olan Şuşa şəhəri ilə qardaşlaşmaq barədə niyyət protokolu imzalamışdır. Bildiyimə görə, şuşalıların mütləq əksəriyyəti doğma şəhərin işğaldan azad olunması və ata-baba torpaqlarına qayıtmaq ümidlərini Sizin adınız və Sizin fəaliyyətinizlə bağlayırlar. Mən də buna ümid bəsləyir və səmimi qəlbdən bunu arzulayıram.
Zati-aliləri, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə böyük uğurlar diləyirəm.
Dərin hörmətlə,
Laslo Faraqo
Macarıstanın Dyöndyöş şəhərinin meri