Magistraturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün proqram seçimi başa çatır
Bakı, 7 may, AZƏRTAC
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına 2019-cu il fevralın 24-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahanın ikinci mərhələsinə buraxılmaları üçün proqram seçimində iştirak etməlidirlər.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bunun üçün bakalavrlar tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə edib bu gün saat 23:59-dək öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.
Qeyd olunan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməyənlər 2019-cu il mayın 26-da keçiriləcək imtahanın ikinci mərhələsinə buraxılmayacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:16]
Kimya İnstitutunda gənc alimlər üçün beynəlxalq seminar təşkil edilib
- 10.06.2026 [19:52]