MAKEDONİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB BRANKO ÇRVENKOVSKİYƏ
Makedoniya Respublikasının milli bayramı – Respublika günü münasibətilə Sizi və Sizin simanızda dost Makedoniya xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Makedoniya arasında dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın mənafeyinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Makedoniya xalqına sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 23 iyul 2004-cü il.