Malayziyanın XVI Kralının andiçmə mərasimi olub
Bakı, 31 yanvar, AZƏRTAC
Yanvarın 31-də Malayziyanın XVI Kralı Sultan Abdullah Əhməd Şahın andiçmə mərasimi olub.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Pahang əyalətinin başçısı olmuş yeni kralın andiçmə mərasimi Kuala-Lumpurdakı Milli sarayda təşkil olunub. Ölkənin Baş naziri Mahathir Mohamad, nazirlər və yüzlərlə qonaq milli televiziyada canlı yayımlanan bu möhtəşəm tədbirdə iştirak ediblər.
Malayziyada kral ailəsinin əyalət başçıları olan doqquz üzvünün səsi ilə seçilən 59 yaşlı Sultan Abdullah Əhməd Şah beş il müddətində bu vəzifədə qalacaq. Bundan əvvəlki monarx Sultan Məhəmməd rusiyalı gözəl Oksana Voyevodina ilə evləndikdən sonra taxt-tacdan imtina etmişdi.
Konstitusiyalı monarxiya üsul-idarəsi olan Malayziyada kral rəmzi dövlət başçısıdır. Ölkənin idarəçiliyi ilə bağlı məsələləri Baş nazir həll edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]