Azərbaycan Dövlət İnformasiya Agentliyi

Malik Həsənov: Azərbaycan bütün dost ölkələri Qarabağda quruculuq prosesində iştirak etməyə çağırır

Malik Həsənov: Azərbaycan bütün dost ölkələri Qarabağda quruculuq prosesində iştirak etməyə çağırır

Bakı, 9 aprel, AZƏRTAC

Azərbaycan 30 ilə yaxın dövrdə haqq səsini dünyaya çatdırmaq üçün bütün imkanlarını səfərbər etdi, ən yüksək tribunalardan Ermənistanın işğalçılıq siyasətini pislədi, dünyanın aparıcı dövlətlərinə və nüfuzlu beynəlxalq təşkilatlara çağırış etdi ki, həqiqətlərə həqiqət gözü ilə baxmaq zamanıdır. Ulu öndər Heydər Əliyevin siyasi kursunu son 17 ildə uğurla davam etdirən Prezident İlham Əliyev bütün platformalarda Azərbaycanın milli maraqlarını prinsipiallıqla müdafiə edir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 gündə yazdığı şanlı tarix bir daha təsdiqlədi ki, hadisələrə ən böyük dəyəri zaman özü verir, ən əsası, Azərbaycan Prezidenti nəyi necə, nə vaxt etmək lazım olduğunu yaxşı bilir. Otuz il sahibini gözləyən torpaqlarımıza qayıtmaq üçün gücləndik, tarixi həqiqətlərə əsaslanan təbliğatımız sayəsində münaqişənin həlli üçün möhkəm hüquqi baza yaratdıq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.

“Artıq tam əminliklə deyə bilərik ki, Qarabağ münaqişəsi öz həllini tapıb. Azərbaycan tarixi Zəfər qazanıb və erməni vəhşiliklərinin şahidi olan dağıdılmış ərazilərimizdə bərpa işləri başlayıb” söyləyən deputat qeyd edib ki, Prezident İlham Əliyev aprelin 8-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osaymini qəbul edərkən bir daha diqqəti 44 günlük İkinci Qarabağ müharibəsinə aparan yola, tarixi Zəfərimizə yönəldərək bildirdi ki, bir milyondan çox azərbaycanlının iztirabına, şəhər və kəndlərimizin tamamilə dağıdılmasına gətirib çıxaran işğala son qoyuldu. M.Həsənov qeyd edib: “Bu ərazilərimizdə bütün evlər, tarixi və dini abidələrimiz yerlə-yeksan edilib. Təbiətə qarşı ekoloji terror törədilib. Postmüharibə dövründə əcnəbi jurnalistlər və diplomatlar işğaldan azad olunmuş ərazilərə səfər edərək ermənilərin necə vəhşiliklər törətdiklərini gözləri ilə görürlər. Mənfur düşmənin tarixi və dini məkanları, məscidləri, qəbiristanlıqları dağıtması islamofobiyanın, Azərbaycanofobiyanın, vandalizmin təzahürüdür. Bu gün Azərbaycanın məqsədi atdığımız addımların haqq işi olduğunu, beynəlxalq hüquqa və ədalətə əsaslandığını dünyanın diqqətinə çatdırmaqdır. Otuz ilə yaxın müddətdə kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının qətnamələri 44 gündə icra edildi. Ermənistana və ona havadarlıq edən dövlətlərə beynəlxalq hüquq deyilən məfhumun mövcudluğu və onun icrası üçün vahid mexanizmin müəyyənləşdirilməsinə ehtiyacın olduğu çatdırıldı”.

İndi bərpa, quruculuq dövrü olduğunu deyən deputat vurğulayıb: “Azərbaycan bütün dost ölkələri bu prosesdə iştirak etməyə çağırır. Dövlətimizin başçısı İlham Əliyev qeyd etdiyi kimi, hazırda ən böyük problem minalardır. Ermənistan minalanmış sahələrin xəritəsini verməyib. Bu, daha bir müharibə cinayətidir. Amma yenə də müşahidə etdiyimiz real mənzərə budur ki, dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar susmaqda davam edirlər. Belə susmaların 30 ilə yaxın dövrdə hansı faciələrə yol açdığını bilərəkdən yenə də seyrçi mövqedə dayanmaq həmin dövlətlər üçün beynəlxalq hüququn arxa plana keçdiyinə işıq salır. Lakin Azərbaycan yenə də bu yanaşmalara görə ruhdan düşmür, tarixi torpaqlarına qayıtdığı üçün qürur duyur, minatəmizləmə prosesini uğurla həyata keçirərək yenidənqurma işlərini planlaşdırır. Şəhərlərin, kəndlərin baş planları artıq hazırlanma prosesindədir. Dövlətimizin başçısı İlham Əliyev İslam dünyasını ermənilərin bizim tarixi irsimizə nə etdiklərini və yenidənqurma prosesini görməyə çağırır”.

Bəzi müsəlman ölkələrinin Ermənistana dost ölkə dediyini qeyd edən M.Həsənov deyib: “Müsəlmanları, dinimizi təhqir edən işğalçı dövlətə dost demək narahatlıq doğurur. Onların “dost” deyib səmimiyyət qurduqları ölkəyə rəhbərlik etmiş cəlladlar məscidlərimizi dağıdıblar. İşğalçı dövlət bunlara görə cavab verəcək. Prezident İlham Əliyev bu əminliyi də ifadə edir ki, bu məscidlər bərpa ediləcək, vətəndaşlar gəlib burada ibadət edəcək, buradan azan səsi gələcək, bu torpaqlara həyat qayıdacaq”.

Vətən müharibəsindən 5 ay keçməsinə baxmayaraq, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ünvanına təbrik məktublarının gəlməkdə davam etdiyini bildirən deputat diqqətə çatdırıb ki, həmçinin keçirilən görüşlərdə, videoformat şəklində beynəlxalq əhəmiyyətli tədbirlərdə Azərbaycanın tarixi Qələbəsi münasibətilə Prezident İlham Əliyevə təbriklər çatdırılır, Zəfərimizdə rolu yüksək dəyərləndirilir. Bu, Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq səviyyədə dəstəklənməsindən, Ermənistanın işğalçı siyasətinin pislənməsindən, haqqın-ədalətin qalib gəlməsindən yaranan ruh yüksəkliyindən xəbər verir. İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osayminin “Cənab Prezident, bu böyük Qələbə münasibətilə Sizi təbrik edirəm. Bu, yalnız Sizin deyil, bizim də qələbəmizdir və biz çox xoşbəxtik. Mən Sizin liderliyinizi və səbir nümayiş etdirməyinizi təqdir edirəm. Siz 30 il ərzində torpaqların işğalı məsələsində təmkinlə davrandınız, bunun başqa bir ölkədə ola biləcəyinə inanmıram. Sizin məsələniz haqq işi idi - torpaqlar sizin idi, beynəlxalq hüquq tərəfinizdə idi” fikirləri də bu dəyərin aydın ifadəsidir”, - deyə Malik Həsənov bildirib.

Deputat Zəfərimizin Azərbaycanın qarşısında geniş imkanlar açdığını önə çəkərək, əminliyini ifadə edib ki, əməkdaşlığın daha da möhkəmlənməsi, yeni formatların yaradılması fonunda bölgədə daimi sülh və təhlükəsizlik təmin ediləcək, iqtisadi əlaqələr genişlənəcək, işğaldan azad olunmuş torpaqlarımızın potensial imkanları ölkəmizə investisiya axınını sürətləndirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Premyer Liqasında VII tura start verilir

Prezident: Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir

Aktiv ƏDV ödəyicilərinin sayı 7 faizədək artıb

Prezident İlham Əliyev: MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib

® Mərkəzi Gömrük Hospitalının əməkdaşı təltif olunub

Enn Karsonun yaradıcılığında klassik irslə müasirlik arasında poetik dialoq qurulur - Şükufə Vəliyeva

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir YENİLƏNƏCƏK

Zelim Kotsoyev bu gün dünya çempionatında mübarizəyə başlayacaq

20, 55 və 104 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycanın MDB-də artan rolu: Avaza Sammiti yeni əməkdaşlıq mərhələsini müəyyənləşdirir

Bu gün Ümumdünya Poçt Günüdür

Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib YENİLƏNİB

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Azərbaycan-MDB əməkdaşlığı: Əsas istiqamətlər və perspektivlər TƏHLİL

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Prezident İlham Əliyev: Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik

İran uzunmüddətli müharibə üçün kifayət qədər silah istehsal etdiyini bildirib

“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında daimi nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox şəxs saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib VİDEO

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib VİDEO

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni