Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 21 aprel, AZƏRTAC
Aprelin 21-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104004772 ISIN-li, 20 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 10 investor tərəfindən qiyməti intervalı 88,5514 AZN (13 faiz) və 93,4916 AZN (6.99 faiz) olan 15 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 93,4916 AZN (6.99 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 71 milyon 100 min 600 AZN, yerləşdirilmiş həcmi isə 20 milyon manat təşkil edib. İstiqrazlar gələn il aprelin 20-də ödəniləcək. Hərrac iştirakçıları aprelin 22-dək (T+1) istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]