Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 20 sentyabr, AZƏRTAC
Sentyabrın 20-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0105026949 ISIN-li, 10 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 97.0298 (6.1 faiz) manat və 98.5377 (5.28 faiz) manat olan 24 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.1487 (5.49 faiz) manat, orta ölçülmüş qiyməti isə 98.4190 (5.344 faiz) manat müəyyənləşdirilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 52 milyon 43 min 500 manat, yerləşdirilmiş həcmi isə 15 milyon manat təşkil edib. Hərrac iştirakçıları sentyabrın 21-dək (T+1) istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. İstiqrazların ödəmə tarixi 2024-cü il sentyabrın 17-dir. Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]