“Marsel” klubu Xorxe Sampaolini ictimaiyyətə təqdim edib
Bakı, 10 mart, AZƏRTAC
Son illər qeyri-sabit çıxışı ilə yadda qalan Fransanın “Marsel” klubu müntəzəm olaraq baş məşqçilərini dəyişməklə diqqət çəkir. Klub növbəti dəfə də öz ənənəsinə sadiq qalıb.
AZƏRTAC xəbər verir ki, “Marsel” yeni baş məşqçisini ictimaiyyətə təqdim edib. Argentina millisinin sabiq baş məşqçisi Xorxe Sampaoli Fransa təmsilçisi ilə 2023-cü ilədək müqavilə imzalayıb. 2017-ci ildə “Sevilya”dan istefaya göndərilən təcrübəli mütəxəssis bu müddət ərzində Avropadan heç bir klubu çalışdırmamışdı. O, 2018-ci ildə dünya çempionatında Argentina millisinin baş məşqçisi olduqdan sonra Braziliyada “Santos” və “Atletiko Mineyro” komandalarında işləmişdi.
Xatırladaq ki, bir neçə həftə əvvəl “Marsel”in azarkeşlərinin təzyiqi nəticəsində komandanın portuqaliyalı baş məşqçisi Andre Villaş-Boaş istefaya göndərilmişdi. Bununla kifayətlənməyən fanatlar klub prezidentinin də istefasına nail olmuşdu. Hazırda “Marsel” Liqa 1-də 8-ci pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [23:21]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:02]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [21:40]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [20:43]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [18:37]
Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib
- 14.06.2026 [18:27]
“Gimnastika hamı üçün” festivalı başa çatıb
- 14.06.2026 [18:21]
Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır
- 14.06.2026 [12:04]
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar
- 14.06.2026 [09:58]
Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:56]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [23:24]
Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO
- 13.06.2026 [23:15]
Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub
- 13.06.2026 [22:37]