MASALLIDA MƏTBUAT ŞURASININ ÜZVLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Mətbuat Şurasının sədri Əflatun Amaşov görüşdə çıxış edərək, Şuranın hüquq və vəzifələri, həyata keçirdiyi tədbirlər barədə məlumat vermişdir.
Şuranın icraçı katibi Rəhim Hüseynzadə “Regional mətbuatın problemləri və əyalətdə “reket jurnalistika”ya qarşı mübarizə” mövzusunda məruzə etmişdir.
Ölkəmizdə azad sözün, mətbuat azadlığının bərqərar olduğu bir dövrdə regional mətbuatın problemlərindən, jurnalistlərin üzləşdikləri çətinliklərdən söhbət açan natiq, bölgə mətbuatının durumu ilə bağlı xoşagəlməz halların, xüsusən, reket nəşrlərin, reketçiliklə məşğul olan jurnalistlərin cəmiyyətimizdə bir bəlaya çevrildiyini diqqətə çatdırmışdır.
Mətbuat Şurasının üzvləri – Milli Məclisinin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədov, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin məsul işçisi Vüqar Əliyev, qəzet və jurnalların redaktorları, bölgə rayonları icra hakimiyyəti aparatlarının məsul işçiləri, idarə və müəssisə rəhbərləri yerli mətbuatın fəaliyyətinin yaxşılaşdırılmasına dair təkliflərini söyləmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]
G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar
- 02.10.2026 [22:57]
“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!
- 02.10.2026 [22:42]
“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər
- 02.10.2026 [22:23]
Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
- 02.10.2026 [22:05]
Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir
- 02.10.2026 [21:45]
Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub
- 02.10.2026 [21:40]
Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb
- 02.10.2026 [21:38]
Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb
- 02.10.2026 [21:17]
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub
- 02.10.2026 [20:35]