MASALLIDA MİLLİ QURTULUŞ GÜNÜNƏ HƏSR OLUNMUŞ MƏRASİM KEÇİRİLMİŞDİR
Tədbir iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin parkında ucaldılan abidəsinin önünə gül-çiçək dəstələri düzmüş, böyük öndərin xatirəsini ehtiramla yad etmişlər.
Bayram mərasimində rayon icra hakimiyyətinin başçısı Oqtay Əliyev çıxış edərək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın təkid və tələbi ilə yenidən hakimiyyətə qayıdışı ilə ölkəmizin vətəndaş müharibəsi təhlükəsindən qurtulduğunu bildirmiş, böyük öndərin alternativsiz siyasi xəttinin zəngin idarəetmə məktəbi olduğunu söyləmişdir.
Toplantıda çıxış edənlər Azərbaycan xalqının xoşbəxt həyatını təmin edən, Milli qurtuluşla başlanan siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışlar.