MAZIMÇAY ÜZƏRİNDƏ YENİ KÖRPÜ İNŞA EDİLMİŞDİR
Balakən Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Şərif kəndi ərazisində Mazımçay üzərindən inşa edilən 45 metr uzunluğunda körpünün tikintisi başa çatmışdır. Əvvəlki körpü 2006-cı ildə baş vermiş təbii fəlakət - daşqın nəticəsində istifadə üçün tam yararsız vəziyyətə güşdüyündən son vaxtlar kəndə gediş-gəliş xeyli çətinləşmişdi. Dövlət vəsaiti ilə inşa edilən yeni nəqliyyat infrastrukturunun tikintisini 17 nömrəli Yol İstismar İdarəsinin kollektivi həyata keçirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:42]
Neft qiymətləri həftəni itkilərlə tamamlayır
- 05.06.2026 [15:18]
Kənd təsərrüfatı naziri Türkiyədə səfərdədir
- 05.06.2026 [14:30]