MDBMİ-NİN AZƏRBAYCANLI TƏLƏBƏLƏRİ YAXŞI OXUYUR VƏ ELMİ İŞƏ BÖYÜK MARAQ GÖSTƏRİRLƏR
Y.Bulatov bildirmişdir ki, azərbaycanlı tələbələr MDBMİ-də qeyri-formal qurum - “Həmyerlilər birliyi” yaratmışlar və özlərinin ümdə problemlərini bu qurum çərçivəsində həll edirlər. Dekan Azərbaycanın Rusiyadakı səfirliyinin tələbələrə qayğı və diqqətinin müsbət təsirini də xüsusi vurğulamışdır.
Azərbaycanlı tələbələrin elmi işə böyük maraq göstərməsini həmyerlilərimizi fərqləndirən cəhət kimi qiymətləndirən professor demişdir ki, onlar bütün elmi-praktik konfranslarda həmişə fəal iştirak edirlər. Bundan başqa, diskussiyalar keçirilməsinin, məruzələr hazırlanmasının təşəbbüsçüsü olurlar. Bu baxımdan azərbaycanlılar yaxın xarici ölkələri təmsil edən bütün tələbələr arasında xüsusilə seçilirlər. Onlar Xəzər, MDB, Cənubi Qafqaz problemlərinə, dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı əlaqələrə, Rusiya, Türkiyə, ABŞ və başqa ölkələrlə münasibətlərə dair yaxşı məruzələrlə çıxış edirlər.