MDU-da karyera təlimi: Müsahibəyə hazırlıq
Bakı, 27 dekabr, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə tələbələr üçün “Müsahibəyə hazırlıq” mövzusunda təlim keçirilib.
MDU-dan AZƏRTAC-a bildirilib ki, təlimdə Karyera və İnkişaf Mərkəzinin mütəxəssisi İlhamə Məmmədova təqdimatla çıxış edərək, müsahibəyə hazırlıq zamanı diqqət yetirilməli məqamlar, bədən dili və davranış qaydaları haqqında məlumat verib. Sonra müsahibə prosesindən praktiki nümunələr göstərilib və tələbələrin sualları cavablandırılıb.
Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb