REGİONLAR
MDU əməkdaşlarının məqalələri nüfuzlu elmi jurnalda dərc olunub
![MDU əməkdaşlarının məqalələri nüfuzlu elmi jurnalda dərc olunub](/files/2022/2/1200x630/16516193614286617644_1200x630.jpg)
Bakı, 3 may, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin (MDU) “Sənayenin təşkili və idarəetmə” kafedrasının dosenti Mais Güləliyev və baş müəllim Ruhiyyə Hüseynovanın həmmüəlliflərlə birgə yazdıqları elmi məqalə "WSEAS Transactions on Business and Economics" jurnalının cari il tarixli, 19-cu cildində dərc edilib. “Neft ixrac edən ərəb ölkələrində neft qiyməti şoklarının iqtisadi artıma təsirinin qiymətləndirilməsi” (İngilis dilində: “Assessing the Impact of the Oil Price Shocks on Economic Growth in Oil-Exporting Arab Countries”) adlı məqalənin yer aldığı sözügedən jurnal nüfuzlu Scopus bazasında indeksləşdirilir.
Həmçinin, MDU-nun baş müəllimi R.Hüseynovanın həmmüəlliflərlə birgə yazdığı “Azərbaycanda kənd təsərrüfatının inkişafının innovativ amili kimi rəqəmsallaşmanın effektivliyi” mövzusunda digər məqalə isə “Journal of Eastern European and Central Asian Reserch” jurnalının 2022-ci il tarixli, 9-cu cild, 2-ci buraxılışında dərc olunub.