MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİNDƏ GÖRÜŞ
Nazir ölkəmizdə Rusiya İli çərçivəsində Samara vilayəti mədəniyyət günlərinin keçirilməsini əlamətdar hadisə kimi səciyyələndirmiş, mədəniyyətlərin qarşılıqlı zənginləşməsində belə tədbirlərin əhəmiyyətini vurğulamışdır.
Nümayəndə heyətinin başçısı, Samara vilayətinin mədəniyyət və gənclər siyasəti naziri Olqa Rıbakova Bakıda olduqları az müddətdə öyrənməli çox şeylə rastlaşdıqlarını bildirmişdir. O demişdir ki, Samarada nüfuzlu Azərbaycan diasporu vardır. Başqa millətlərin nümayəndələri kimi, onlar da Samaradakı “Dostluq klubu”nda öz ölkəsinin əlamətdar günlərini qeyd edir, milli bayramları ilə bağlı müxtəlif tədbirlər keçirirlər. Samarada yaşayan azərbaycanlılar vilayətin istər mədəni, istərsə də iqtisadi həyatında fəal iştirak edirlər. 9 rayonun ikisində milis şöbəsinin rəisi milliyyətcə azərbaycanlıdır.
Görüşdə tərəflər arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında protokolun imzalanacağı bildirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:55]
İstanbulda ədəbi-bədii proqram: “Zəfər yolundan Türk dünyasına”
- 13.10.2026 [11:29]
Milli İncəsənət Muzeyində ilin sonunadək bir sıra mühüm sərgilər açılacaq
- 13.10.2026 [11:26]
Azərbaycan Banqkokda beynəlxalq ipək sərgisində təmsil olunur
- 13.10.2026 [11:12]
Şirin Məlikova: Yeni kitabların nəşrini planlaşdırırıq
- 13.10.2026 [09:05]