MƏHƏMMƏD FÜZULİYƏ HƏSR OLUNMUŞ ROMAN ÇAPDAN ÇIXMIŞDIR
Elmi-tarixi faktlar əsasında yazılmış əsərdə Məhəmməd Füzulinin ibrətamiz həyat tərzindən, onun müasirləri olan Sultan Süleyman Qanuninin xeyirxah əməllərindən, Şah İsmayıl Xətainin ömrünün faciəli anlarından, XV əsrdə baş vermiş mühüm hadisələrdən bəhs edilir.
Tarixi və elmi-dini mövzularda bir sıra uğurlu ədəbi-bədii əsərlərin, o cümlədən Nizami Gəncəviyə həsr olunmuş silsilə romanların, oxucuların məhəbbətini qazanmış “Bizim nəsil” trilogiyasının və povestlərin müəllifi olan Oqtay Salamzadə AZƏRTAC-ın müxbirinə demişdir ki, dahi şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyevlə 1989-cu ildə Moskvadakı görüşümüz zamanı Nizami Gəncəvinin həyatından bəhs edən “Əsrlərin sirri” kitabımı ona hədiyyə edərkən mənə dedi ki, Nizami ilə kifayətlənmə, Füzulidən də yaz, çünki onun da ədəbi irsi bizim üçün əvəzsizdir. Füzulinin təsiri altında Üzeyir Hacıbəyov, alimlər, rəssamlar gözəl əsərlər yaradıblar. Sən də milli mədəniyyətimizə “Əsrlərin sirri” kimi əsərlə yanaşı, Füzuli fəlsəfəsindən və sevgi iztirabından bəhs edən bir əsər qələmə al. Çünki Füzuli bizim mənliyimizdir”!
Ulu rəhbərimiz Heydər Əliyevin bu sözləri məni Füzuli haqqında roman yazmağa sövq etdi və xeyli əziyyətlərdən sonra, nəhayət, bu kitab işıq üzü gördü.