Meksikada yol-nəqliyyat hadisəsi nəticəsində azı 11 nəfər ölüb
Bakı, 24 aprel, AZƏRTAC
Meksikanın şimalında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 11 nəfər ölüb, səkkiz nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, qəza Quaçoçi-Yokivo avtomobil yolunda baş verib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, Raramuri icmasının üzvlərini daşıyan pikap qarşısına çıxan avtomobillə toqquşub.
İcmanın üzvləri Quaçoçi şəhərindəki Somaraçi icmasında bələdiyyə yardımının paylanması tədbirindən geri qayıdırmış. Qəzanı törədən avtomobilin sürücüsü hadisə yerindən qaçıb.
Sosial media hesabında həlak olanların ailələrinə başsağlığı verən qubernator Maru Kampos yerli hakimiyyət orqanlarının dəfn xərclərini öz üzərinə götürəcəyini, hadisə qurbanlarının ailələrinə və yaralananlara yardım göstəriləcəyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [22:22]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [21:20]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]