MƏLEYKƏ ƏSƏDOVANIN ÇIXIŞI
Ünlü sənətçi bu yaxınlarda Türkiyədə keçirilən tədbirdən qayıtdığını xatırladaraq vurğuladı ki, 50 milyonluq dünya azərbaycanlıları və 250 milyonluq türk dünyasının nümayəndələri Azərbaycan xalqının xilaskarı, əvəzolunmaz lideri, öndəri, rəhbəri Heydər Əliyevi alqışladılar. Bu o deməkdir ki, bütün türk dünyası Heydər Əliyevi dəstəkləyir və hər zaman ona səs verir.
Heydər Əliyev bizim bu günümüz, sabahımızdır. O, bizim işıqlı gələcəyimizdir. Qazanılan hər bir uğurumuz onun adı ilə bağlıdır. Mən fikrimi şerlə tamamlamaq istəyirəm.
Heydər çırağının pərvanəsiyik,
Bu günə ümidsən, sabaha yolsan.
Elə bir qanunun biz təşnəsiyik,
Ömürlük bu xalqa rəhbər olasan.
Sən mənim yurdumun qızıl tacısan,
Əziz millətimin ehtiyacısan,
Ağır yaramızın sən əlacısan,
Sağalsın əlinlə Vətən, dünyada.
Tanrım səni bizə sultan veribdir,
Dərdimiz var deyə, dərman veribdir,
Məni də sultana qurban veribdir,
İstərəm bu əhdə çatam dünyada.
Yaradan könlümə gör nələr salıb,
Əllərim göylərə uzalı qalıb,
İstərəm Allahdan bir ömür alıb,
Sənin bu ömrünə qatam dünyada.