Mərdəkan qəsəbəsində məktəbə bomba qoyulması barədə yalan məlumat verən şəxs saxlanılıb
Bakı, 30 oktyabr, AZƏRTAC
Oktyabrın 29-da Daxili İşlər Nazirliyinin (DİN) 102 - Zəng Mərkəzinə zəng edən şəxs Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisindəki orta məktəblərdən birinin damına bomba qoyulması barədə məlumat verib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dərhal polis əməkdaşları müvafiq tədbirlər həyata keçirib, lakin fakt təsdiqini tapmayıb.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxs - Mərdəkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş 36 yaşlı P.Məmmədov müəyyənləşdirilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı maddəsi (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) ilə cinayət işi başlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]