Mərkəzi Bank “Əks əlaqə” xidmətini istifadəyə verib
Bakı, 3 noyabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankına (AMB) daxil olan cavablandırılmamış müraciətlərin sayının minimuma endirilməsi, Mərkəzi Bankla əlaqə saxlanılmasında yarana biləcək çətinliklərlə bağlı risklərin qarşısının alınması və vətəndaş məmnuniyyətinin təmin edilməsi məqsədilə “Əks əlaqə” xidməti vətəndaşların istifadəsinə verilib.
AMB-dən AZƏRTAC-a bildirilib ki, xidmətə dair məlumatlar Mərkəzi Bankın rəsmi internet səhifəsində (https://www.cbar.az/page-631/call-back) yerləşdirilib. Vətəndaşlar Mərkəzi Bankın qaynar xətt nömrələri ilə hər hansı səbəbə görə əlaqənin yaradılmasında çətinliklə üzləşdikdə (055) 966-19-66 nömrəli vatsap xidmətinə keçid etməklə geri əlaqə yaradılması üçün müraciət edə bilərlər. Bu xidmət iş günləri hesab edilən bazar ertəsi-cümə günləri saat 09:00-dan 17:00-dək aktivdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]