Mərkəzi Bankın nümayəndə heyəti Özbəkistan Mərkəzi Bankında olub
Bakı, 13 may, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyəti Özbəkistan Mərkəzi Bankında işgüzar səfərdə olub.
AMB-dən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində keçirilən görüşlərdə pul siyasətinin strateji və əməliyyat çərçivələri, qərar qəbuletmə prosesi, həmçinin pul siyasətinin kommunikasiyası üzrə təcrübə mübadiləsi aparılıb. Eyni zamanda, yeni çağırışlara uyğun olaraq pul siyasəti çərçivəsinin daha da təkmilləşdirilməsi istiqamətləri müzakirə olunub.
Görüşlərdə, həmçinin analitik potensialın gücləndirilməsi üçün görüləcək işlər və gələcəkdə əməkdaşlığın davam etdirilməsi istiqamətləri üzrə təkliflər səsləndirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2026 [17:29]
Ötən ay OPEC-in gündəlik neft hasilatı 19 milyon bareldən aşağı enib
- 13.05.2026 [17:24]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 13.05.2026 [17:21]
OPEC: Bu il qlobal neft tələbatı sutkada 106,3 milyon barel olacaq
- 13.05.2026 [16:25]