İQTİSADİYYAT
Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 26 oktyabr, AZƏRTAC
Oktyabrın 26-da Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın AZ2021024701 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 8 investor tərəfindən qiymət intervalı 99.6821 (4.1 faiz) manat və 99.7595 (3.1 faiz) manat olan 14 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 46 milyon 26 min 600 manat olub. Mərkəzi Bankın qərarına əsasən notların kəsmə qiyməti 99.7286 (3.5 faiz) manat, orta ölçülmüş qiyməti isə 99.7372 (3.39 faiz) manat olaraq müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib. Notlar noyabrın 23-də ödəniləcək.
Eyni zamanda, bu gün BFB-dən Azərbaycan Mərkəzi Bankının (AMB) AZ2022024700 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac baş tutub. Hərracı zamanı 11 investor tərəfindən qiymət intervalı 98.9611 (4.5 faiz) manat və 99.0753 (4 faiz) manat olan 17 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 60 milyon 174 min 600 manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.0638 (4.05 faiz) manat, orta ölçülmüş qiyməti isə 99.0732 (4.01 faiz) manat olaraq müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib. Notlar gələn il yanvarın 1-də ödəniləcək. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20 faizinə qədər artırıla bilər.