Mərkəzi Gömrük Hospitalının əməkdaşları aztəminatlı ailələrə yardım ediblər
Bakı, 29 aprel, AZƏRTAC
Mərkəzi Gömrük Hospitalının əməkdaşları aztəminatlı ailələrə və yaşı 65-dən yuxarı olan şəxslərə yardım ediblər.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, xüsusi karantin rejimi dövründə aztəminatlı ailələrə dəstək tədbirləri çərçivəsində Mərkəzi Gömrük Hospitalının əməkdaşları tərəfindən 80-dən çox aztəminatlı ailəyə köməklik göstərilib, həkim müayinəsi aparılıb, onlara gündəlik zəruri qida məhsullarından ibarət ərzaq sovqatı paylanılıb və xüsusi karantin rejimi dövründə evdə qalmaları tövsiyə edilib.
Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı həkimləri yaşlı insanların diaqnostik tibbi müayinələrini həyata keçirib və səhhətində problem aşkarlanan uşaqlara peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicə təyin olunub.