CƏMİYYƏT
Mərkəzi Qan Bankında könüllü və təmənnasız qanvermə aksiyası keçirilib
Bakı, 13 sentyabr (AZƏRTAC). Sentyabrın 13-də Mərkəzi Qan Bankında “Gənclərin Gələcəyə Addımı” İctimai Birliyi və Qan Donorları Assosiasiyasının təşkilatçılığı ilə könüllü və təmənnasız qanvermə aksiyası keçirilib.
Qan Donorları Assosiasiyasından AZƏRTAC-a bildirdilər ki, jurnalistlər və idmançı gənclər irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların yeni təhsil günündə pozitiv enerji ilə dərslərə hazırlaşması məqsədi ilə keçirilən qanvermə aksiyasına Azərbaycan Qızıl Aypara Cəmiyyəti Nəsimi Rayon Bölməsinin könüllüləri də qoşularaq aksiyanı dəstəkləyiblər.
Qeyd edək ki, Azərbaycanda minlərə irsi qan xəstəliklərindən əziyyət çəkən uşaq və yeniyetmə var və onlar sağlam donor qanına ehtiyac duyur.