“Microsoft” “Internet Explorer”dən istifadəni dayandırmağı xahiş edir
Bakı, 11 fevral, AZƏRTAC
“Microsoft” şirkəti “Windows 10” əməliyyat sistemi üçün “Edge” adlı müasir brauzer təqdim etməklə “Internet Explorer” brendinin sonunu gətirib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Microsoft” şirkətində “Windows” bölməsinin kibertəhlükəsizlik üzrə eksperti Kris Cekson bu yaxınlarda "Internet Explorer brauzerindən istifadə riskləri" adlı məqalə dərc edib. O, məqalədə “Internet Explorer” brauzerindən istifadəni dayandırmağı xahiş edir.
Əksər istifadəçilər “Chrome”, “Firefox” və ya “Edge” brauzerinə keçdikləri halda, biznes istifadəçilərin bəziləri indiyədək “Internet Explorer”dən istifadə edir.
“Microsoft” korporativ istifadəçiləri köhnə proqramları təkmilləşdirməyə vadar etmək üçün müxtəlif üsullara əl atıb, lakin informasiya texnologiyaları administratorları heç nəyi dəyişdirməmək və “Internet Explorer” brauzerini saxlamağa üstünlük verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [23:24]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]