Milanda antiterror əməliyyatı: İŞİD üzvü olan iki nəfər həbs edilib
Roma, 17 oktyabr, AZƏRTAC
İtaliyanın təhlükəsizlik qüvvələri İŞİD terror qruplaşmasının üzvü olmaqda şübhəli bilinən iki nəfəri saxlayıb.
AZƏRTAC xəbər verir ki, Milan Prokurorluğu, Anti-Mafiya və Terrorla Mübarizə İdarəsi tərəfindən koordinasiya edilən antiterror əməliyyatı keçirilib. Əməliyyat nəticəsində saxlanılanların birinin Misir vətəndaşı, digərinin Misir əsilli italiyalı olduğu bildirilir. Onlara qarşı İŞİD terror qruplaşmasına üzv olmaq, terror məqsədilə birgə fəaliyyət və cinayət törətmək kimi ittihamlar irəli sürülüb.
Əməliyyatın ötən gecə Brüsseldə iki nəfərin ölümü ilə nəticələnən hadisə ilə əlaqəli olmadığı bildirilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [13:11]
İqlim dəyişmələri son 40 ildə Avropa İttifaqına 822 milyard avro zərər vurub
- 12.06.2026 [12:39]
İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib
- 12.06.2026 [12:22]
İran XİN: ABŞ ilə razılaşmanın əsas bəndləri artıq təsdiqlənib
- 12.06.2026 [12:20]
Pakistanda polisə hücum olub: ölənlər var
- 12.06.2026 [12:15]