“Milli Azərbaycan Tarixi Muzeyi–2018” toplusu çapdan çıxıb
Bakı, 13 fevral , AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin 2018-ci ilə aid məqalələr toplusu çapdan çıxıb.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, “Milli Azərbaycan Tarixi Muzeyi - 2018” toplusunun təsisçisi və baş redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlıdır. Muzeyin Elmi Şurasının qərarı ilə nəşr edilən toplu “Muzey kolleksiyasının materialları Vətən tarixinin öyrənilməsində mənbə kimi”, “Tarix”, “Arxeologiya”, “Etnoqrafiya, sənətşünaslıq, muzeyşünaslıq”, “Millət atası Hacı Zeynalabdin Tağıyev”, “Resenziya” bölmələrindən ibarətdir.
Nəşrdə muzey əməkdaşlarının və müxtəlif elm müəssisələri alimlərinin Azərbaycan və rus dillərində elmi məqalələri yer alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
- 13.06.2026 [17:04]
BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib
- 13.06.2026 [15:31]
Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub
- 13.06.2026 [14:21]
Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub
- 13.06.2026 [11:45]