Milli Dirçəliş Günü xalqımızın azadlıq mübarizəsi tarixində mühüm mərhələdir
Ağdam, 18 noyabr, AZƏRTAC
Xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr - Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ağdam rayon Heydər Əliyev Mərkəzində 17 Noyabr - Milli Dirçəliş Günü münasibətilə keçirilən tədbirdə səsləndirilib. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov bu tarixi günün əhəmiyyətindən, Azərbaycan xalqının həyatındakı rolundan danışıb. Həmçinin Milli Dirçəliş Gününü xalqımızın azadlıq mübarizəsi tarixində mühüm mərhələ kimi qiymətləndirib.
Çıxışlarda 1988-ci ilin noyabr hadisələrinin tarixi əhəmiyyətindən, dövlət müstəqilliyinin bərpa olunmasından, ümummilli lider Heydər Əliyevin dövlət müstəqilliyimizin qorunması və möhkəmləndirilməsində xidmətlərindən, ölkədə gedən sosial-iqtisadi inkişafdan bəhs olunub.