MƏDƏNİYYƏT
Milli kino tariximiz “Kino və zaman”da
Bakı, 15 dekabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə hazırlanan “Kino və zaman” kitabı çap edilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Əməkdar İncəsənət Xadimi Aydın Kazımzadənin müəllifi olduğu yeni nəşr Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yaradıcılıq yoluna həsr edilib.
İncəsənət sahəsində təhsil alan tələbələr və kinosevərlər üçün nəzərdə tutulan kitabda milli kino tariximiz sistemli şəkildə öz əksini tapıb.
“Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap olunan kitab Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kitabxanalara paylanılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]